Güləşçilərimiz dünya çempionatına belə hazırlaşır - Video

Güləşçilərimiz dünya çempionatına belə hazırlaşır - Video
Digər, Güləş, Video, Foto
18 Oktyabr 2018 - 08:33
Qadınlardan ibarət güləş yığmamız oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.

Türkiyənin İstanbul şəhərində yerli komandayla birgə təlim-məşq toplanışı keçən millimiz bu həftə yüngül məşqlərə keçib. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yüklənmədən azad olma prosesinə start verilib. Yığma son taktiki-texniki çalışmaları həyata keçirir.

Xatırladaq ki, mundialda qadınların yarışı ayın 22-dən 25-dək keçiriləcək. İlin ən vacib yarışında ölkəmizi Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.



Digər xəbərlər