"Vorskla"da zədə problemi: erməni futbolçu Bakıya gətirilməyəcək

"Vorskla"da zədə problemi: erməni futbolçu Bakıya gətirilməyəcək
Futbol
15 Oktyabr 2018 - 19:19
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"la qarşılaşacaq "Vorskla" klubunun yarımmüdafiəçisi Qeqam Kadimyan ölkəmizə gəlməyəcək.

Supersport.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, çiynindən zədə alan erməni futbolçunun nə vaxt sıraya qayıdacağı məlum deyil. Bu səbəbdən o, Ağdam klubu ilə oyun üçün paytaxtımıza gətirilməyək.

"Vorskla"nın digər zədəliləri - Denis Vasin, Aleksandr Kobaxidze, Dmitri Kravçenko və Artur da "Qarabağ"la oyunu buraxacaqlar. Vyaçeslav Şarparın isə səhhəti normallaşıb.

Bundan əvvəl "Arsenal"ın erməni yarımmüdafiəçisi Henrik Mxitaryan da "Qarabağ"la Bakıdakı oyuna gəlməmişdi. Futbolçu 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun ölkəmizə girişinə qadağa qoyulub.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu 20:55-də başlayacaq.

Digər xəbərlər