UEFA-dan "Qarabağ"a 4 milyon avro

UEFA-dan "Qarabağ"a 4 milyon avro
Futbol
24 Sentyabr 2018 - 16:21
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasında iştirak və son 10 ildə göstəricilərinə əsasən "Qarabağ" 4 milyon 35 min 740  avro ayrılıb.

Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Ağdam təmsilçisi Avropa Liqasında iştirakı üçün (48 kluba bu məbləğ ayrılıb) 2 milyon 750 min avro alıb.

Əmsalların sıralamasına əsasən, son 10 ildəki çıxışına görə isə "Qarabağ" 1 milyon 285 min 740 avro qazanıb.

Digər xəbərlər