Ronaldo Messini təəccübləndirdi

Ronaldo Messini təəccübləndirdi
Futbol
04 Sentyabr 2018 - 15:02
Supersport.Az-ın məlumatına görə, "Barselona"nın aparıcı üzvü Lionel Messi Kriştiano Ronaldonun Madrid "Real"ından ayrılıb İtaliyanın "Yuventus" klubuna keçməsinə münasibət bildirib.
Argentinalı futbolçu, ulduz portuqaliyalının bu addımına təəccübləndiyini gizlətməyib:

"Ronaldonun "Real"dan gedəcəyini gözləmirdim. Bu bir az sürpriz oldu. Madrid klubu onun gedişi ilə çox şey itirdi. Mən bilirdim ki, bir çox klublar Kriştianunu heyətinə qatmaq istəyir. Amma "Yuventus"a keçmək ehtimalı ən az idi. Lakin Ronaldo Turin klubunu seçdi. Düzü, buna təəccübləndim. "Yuventus" Çempionlar Liqasında əsas favoritlərdən olacaq".
Messi "Real"ın yenidən kuboklar üçün mübarizə aparacağına inandığını da sözlərinə əlavə edib:


"Madrid təmsilçisi böyük klubdur və daim titullar üçün mübarizə aparıb. Yenə də elə olacaq".

Digər xəbərlər