Roberto Bordin: "Qələbə qazansaq da, istədiyimiz oyunu göstərə bilmədik" - Video

Roberto Bordin: "Qələbə qazansaq da, istədiyimiz oyunu göstərə bilmədik" - Video
Futbol, Eksklüziv, Video
13 Avqust 2018 - 05:44
Supersport.Az Azərbaycan Premyer Liqasının 2018-2019-cu il mövsümünün ilk turunda "Sumqayıt"a qalib gələn "Neftçi"nin baş məşqçisi Roberto Bordinin fikirlərini videogörüntüyə alıb.

İtaliyalı çalışdırıcı, qələbə qazanılsa da, komandasının daha yaxşı oynamasının vacibliyini qeyd edib.

"Çempionatda ilk matçı keçirmək çox xoşdur. Qalib gəlsək də, istədiyimiz oyunu göstərə bilmədik. Düzdür, rəqib komanda ikinci hissənin ortalarında azlıqda qaldı. Bununla belə, gözlədiyimiz oyunu nümayiş etdirmədik. Zədə səbəbindən məcburi əvəzetmələrə əl atmalı olduq. Artıq "Qəbələ" ilə oyuna hazırlaşacağıq".


 

 

Digər xəbərlər