Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – BATE (Belarus) matçlarını yayımlayacaq kanal məlum olub.
Supersport.Az-ın məlumatına görə, “CBC Sport” kanalı ilə Ağdam klubu ilə əldə olunan razılığa əsasən, təmsilçimizin həm ev, həm də səfər oyunu sözügedən kanalda canlı yayımlanacaq.
Komandalar arasında ilk oyun avqustun 7-də Bakıda keçiriləcək. Cavab qarşılaşması isə 1 həftə sonra – avqustun 14-də Borisovda olacaq.