"Qarabağ" - "Kukesi": oyuna maraq artır

"Qarabağ" - "Kukesi": oyuna maraq artır
Futbol
29 İyul 2018 - 16:34
Çempionlar Liqasında II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Kukesi" oyununa maraq artır.

Supersport.Az-ın məlumatına görə, qarşılaşmaya 5 gün ərzində 10 min bilet alınıb.

Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərsiniz. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.


Şatış məntəqələri: 

T. Bəhramov adına Respublika stadionunun kassaları
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)
Heydər Əliyev Sarayının kassası 28 Mall 
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop) 
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) 
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) 
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Qeyd edək ki, "Qarabağ" - "Kukesi" matçı avqustun 1-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. İdman arenasının tamaşaçı tutumu 31200 yerdir.

Digər xəbərlər