"Qarabağ"da yeni transferlərin ilk məşqi - Foto

"Qarabağ"da yeni transferlərin ilk məşqi - Foto
Futbol, Foto
28 İyul 2018 - 10:58


Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Albaniyanın "Kukesi" klubunu qəbul edəcək "Qarabağ" oyunun hazırlıqlarına start verib.

Supersport.Az xəbər verir ki, yeni transferlər - Con Delarja İnnosent Emeqara Ağdam klubunda ilk məşqlərini keçiriblər. Zədəli olan Dani Kintana və Hannes Tur Halldorsson komanda ilə məşqlərə qatılıblar.

"Qarabağ" - "Kukesi" matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. İlk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.





Digər xəbərlər