Əli Şükürlü Avropada üçüncü oldu

Əli Şükürlü Avropada üçüncü oldu
Digər, Ağır Atletika
27 İyul 2018 - 22:06
İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 388 atlet mübarizə aparır.

Millimizin daha iki üzvü – Əli Şükürlü və Əli Quliyev yaşı 15-ə qədər oğlanların turnirində 94 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

Əli Quliyev birdən qaldırma hərəkətində 112 kq nəticə ilə 4-cü, təkanla qaldırma hərəkətində isə 130 kq nəticə ilə 8-ci yeri tutub. Toplam 242 kq (112+130) nəticə göstərən atletimiz bu çəkinin yekun sıralamasında 6-cı yeri tutub.

Əli Şükürlü isə daha yaxşı çıxış edə bilib. O, birdən qaldırma hərəkətində 120 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Şükürlü eyni uğura təkanla qaldırma hərəkətində də nail ola bilib. O, 145 kq nəticə ilə bu hərəkətdə də bürünc medal qazanıb.

Toplam 265 kq (120+145) nəticə ilə Əli Şükürlü Avropa birinciliyində 94 kq çəki dərəcəsinin yekun sıralamasında da 3-cü yerə çıxaraq fəxri kürsüyə qalxmağı bacarıb.

Digər xəbərlər