Avropa Liqasında birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Uypeşt” oyununda 4 qol vurulub. Azərbaycan təmsilçisi hesabda geri düşsə də, 3 qol vuraraq meydanı qalib tərk edib.
“Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan) 3-1
Qollar: Baqali Dabo 24, 72, Emin Mahmudov 90+2 – Daniel Nagi 9
Dalğa Arena. Saat 21:00
Baş hakim: Dennis Higler (Niderland)
Baş hakimin köməkçiləri: Joost van Zuilen, Johan Balder
Dördüncü hakim: Siemen Mulder