"Brilliant Liqa"da Ramil Quliyevin zəfəri - Foto-Video

"Brilliant Liqa"da Ramil Quliyevin zəfəri - Foto-Video
Atletika, Digər, Video, Foto
08 İyun 2018 - 02:36
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Türkiyə yığmasının azərbaycanlı idmançısı Ramil Quliyev yeni uğur qazanıb.

Dünya çempionu, 14 mərhələdən ibarət "Brilliant Liqa"nın bu mövsüm beşinci yarışında qalib olub.

Norveç paytaxtı Osloda keçirilən turnirdə Ramil Quliyev 200 metr məsafəni 19.90 saniyəyə qət edərək, bu sezon ən yaxşı nəticəylə birinci yeri tutub. Kanadalı Aaron Braun (19.98) ikinci, Trinidad və Tobaqolu Jerim Riçard isə (20.19) üçüncü olub.


 

Digər xəbərlər