Gəncədə azarkeşlər bu şüara görə həbs olundu - Foto

Gəncədə azarkeşlər bu şüara görə həbs olundu - Foto
Futbol, Eksklüziv, Foto
21 May 2018 - 03:49
Azərbaycan Premyer Liqasının 28-ci turunda Gəncədə "Kəpəz" - "Neftçi" oyunundan əvvəl yerli azarkeşlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı pankart açmaq istəyinə polislərin qadağa qoyması haqda məlumat vermişdik. Fanatlar qarşılaşmaya daxil olmaq istəyərkən əllərində AXC qurucularının, həmçinin yubileyə həsr olunan şəkillər olub. Polislər azarkeşlərin pankartı stadiona aparmasına imkan vermədiyi üçün qalmaqal baş verib. Hüquq-mühafizə orqanları əməkdaşları fanatlara fiziki güc tətbiq edib və "Cümhuriyyət Quran Kişilərin Nəvələriyik!" şüarına görə azarkeşlər həbs olunub.

 

 

Digər xəbərlər