"Qəbələ"nin "Zirə" ilə 14-cü dueli

"Qəbələ"nin "Zirə" ilə 14-cü dueli
Futbol
08 Aprel 2018 - 12:21
"Qəbələ" Topaz Premyer Liqanın 22-ci turunun bu gün keçiriləcək oyununda “Zirə” ilə qarşılaşacaq.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Zirə İdman Kompleksinin meydanında keçiriləcək matç rəqiblər arasında 14-cü duel olacaq. İlk dəfə 2015-ci ildə qarşılaşan komandalar indiyədək 13 oyunda üz-üzə gəliblər. Bugünkü oyuna qədər “Qəbələ” daha çox – 6, “Zirə” isə 3 qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyib.

“Qırmızı-qaralar” top fərqində də üstündür. Komanda 21 qol vurub, 12-ni buraxıb. “Qəbələ”nin qollarına 14 oyunçu imza atıb. Aleksey Qay hamıdan çox - 4, Ermin Zets 3, Teo Uiks və Filip Ozobiç isə hərəyə 2 qola sevinib. Ümumiyyətlə, son 11 matçda “Qəbələ” meydanı qol vurmadan tərk etməyib.

Keçirilən 13 oyundan 11-i çempionat, 2-si kubok çərçivəsində baş tutub. Premyer Liqada 4 qələbə qazanan “qırmızı-qaralar” eyni sayda heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısına 14 dəfə yol tapan komanda rəqibin 10 qoluna üzülüb.

Səfərdə 7-ci dəfə “Zirə”ylə qarşılaşacaq “Qəbələ” rəqib meydanında 3 dəfə qalib gəlib, 1 heç-heçə edib və 2 dəfə məğlub olub. Səfərdə 10 dəfə qol sevinci yaşayan əyalət klubunun futbolçuları 6 top buraxıb.

Digər xəbərlər