Samir Əliyev: "Yeni mövsüm fərqli komanda görəcəksiniz" - Video

Samir Əliyev: "Yeni mövsüm fərqli komanda görəcəksiniz" - Video
Futbol, Video
08 Aprel 2018 - 11:54
Supersport.Az Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Qarabağ"a uduzan (0:1) "Səbail"in baş məşqçisi Samir Əliyevin oyunsonrası mətbuat konfransını videogörüntüyə alıb.

S.Əliyev öncə oyunla bağlı fikirlərini bildirib:

- Pis oynamadıq. Uşaqlardan narazılığım yoxdur, nələri var idi, meydanda qoydular. Penaltiyə kimi rəqibə şans vermədik. Ancaq təəssüf ki, qol buraxdıqdan sonra qol fürsəti yarada bilmədik. Ümid edirəm ki, qarşıdakı turlarda xal ehtiyatımızı artıra biləcəyik.

- Sizcə, hesabın kiçik olması "Qarabağ"la bağlı idi, yoxsa "Səbail"in müqaviməti ilə?

- Məncə, bizim müqavimətimiz həlledici oldu.

- Növbəti mövsümdə heyətlə bağlı dəyişikliklər olacaq?

- Rəhbərliklə bu barədə görüşümüz olub. Tam açıqlamaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, daha yaxşı "Səbail" görəcəksiz. Demirəm, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Biz daha yaxşı kollektiv formalaşdıracağıq. Bu mövsüm isə əsas məqsədimiz təcrübə qazanmaqdır.

- Koçuk və Vaxidin bu gün oynamamasının səbəbi nə idi? 

- Koçukun zədəsi var idi və buna görə çıxış etmədi. Vaxidin oynamasına səbəb isə komandanın hücum xəttində olan rəqabətdir. Digər hücumçulara şans vermək istədim.

Digər xəbərlər