AFFA səhv etdi, üzr istədi

Futbol
24 Mart 2018 - 00:54
Supersport.Az-ın məlumatına görə, AFFA Azərbaycan və Belarus yığmaları arasındakı yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərdən üzr istəyib.


Səbəb görüş zamanı texniki qüsura yol verilməsidir. Bu səhv stadionun tablosunda AFFA tərəfindən yeni şriftlərdən istifadə olunduğu üçün daxil olunmuş sözlərdə bəzi hərflərin oxunmaması ilə əlaqədardır: "Bununla bağlı azarkeşlərimizdən üzr istəyirik".


Qeyd edək ki, oyun Belarusun qələbəsi ilə başa çatıb - 1:0.

Digər xəbərlər