"Lokomotiv" "Səbail"i peşman etdi

Futbol
29 Yanvar 2018 - 20:00
Supersport.Az-ın xəbərinə görə, Antalyada təlim-məşq toplanışında olan "Səbail" növbəti yoxlama oyununda Bolqarıstanın "Lokomotiv" klubu ilə qüvvəsini sınayıb.
Yüksək liqada çıxış edən "dəmiryolçular" hazırda 23 xalla 14 komanda arasında 9-cu yerdədir.
Yoxlama oyununa gəlincə, Azərbaycan klubu fasiləyə üstün yollansa da, ikinci hissədə 3 qol buraxıb .
"Səbail" buna qədər Antalya toplanışı çərçivəsində Ukraynanın "Çernomorets" (0:0) və Serbiyanın "Napredak" klublarıyla heç-heçə edib.
Yoxlama oyunu
29 yanvar
18:00 "Səbail" (Azərbaycan) - "Lokomotiv" (Plovdiv, Bolqarıstan) 1-3