"Neftçi"də yeni futbolçu

Futbol
13 Noyabr 2017 - 13:21
“Neftçi” yeni transfer gerçəkləşdirib.
Supersport.Az-ın xəbərinə görə, “ağ-qaralar” ötən mövsümü AZAL-da keçirən Elnur Süleymanovla müqavilə imzalayıb.
Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi olan 21 yaşlı E.Süleymanov ötən mövsüm “Neftçi”nin hazırkı baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-ın heyətində Premyer Liqada 16 oyunda iştirak edib.