"Milan"ın gələcəyi təhlükədə

"Milan"ın gələcəyi təhlükədə
Futbol
24 Oktyabr 2017 - 19:24
Supersport.Az-ın məlumatına görə, "Milan" dağılmaq təhlükəsiylə üzləşib.

İtaliya klubunun keçmiş sahibi Silvio Berluskoni, maddi böhran olduğunu bildirib.

Apreldə komandanın səhmlərinin 99,93 faizini alan Çin şirkəti borclar daxil 740 milyon avro ödəyib.

Bununla belə "Milan" maliyyə problemdən qurtura bilməyib.

Klubun yeni sahibi Yonqhonq Linin səssiz olması Silvio Berluskonini narahat edib:

"Əgər komandanın ağır vəziyyəti belə davam etsə, ABŞ şirkəti yazda klubu satın alacaq. Bu problem həllini tapmasa, Çempionlar Liqasına qatıla bilməyəcək və 100 milyon avro qazancı itirəcək".

Digər xəbərlər