"Kəpəz" "İnter"lə oyuna "Dalğa Arena"da hazırlaşır

"Kəpəz" "İnter"lə oyuna "Dalğa Arena"da hazırlaşır
Futbol
24 Oktyabr 2017 - 18:53
"Kəpəz" Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “İnter”lə oyununun hazırlıqlarına start verib.

 

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, “Neftçi”yə qarşı matçdan sonra bərpaedici prosedurdan keçən komanda üzvləri bir gün istirahət edərək bu gündən məşqlərə başlayıblar.

 

Komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlıq keçir. “Sarı-göylər”in oktyabrın 25-i və 26-na olan çalışmaları da eyni məkanda saat 11:30-da olacaq.

Digər xəbərlər