Avropa çempionatından 1 medalla

Avropa çempionatından 1 medalla
Digər, Ağır Atletika
23 Oktyabr 2017 - 12:39
Albaniyanın Dürres şəhərində 20-23 yaşlı gənclər arasında ağır atletika üzrə Avropa çempionatına yekun vurulub.

Supersport.Az xəbər verir ki, turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının doqquz üzvü körpücük üzərinə çıxıb.

Millimiz yarışı 1 medalla başa vurub. Təmsilçimiz Hüseyn İsmayılov (94 kq) yaşı 20-dək olan atletlər arasında yarışda fərqlənib. Hüseyn birdən qaldırma hərəkətində 158 kiloqramı ram edib və bu hərəkətdə üçüncü olub. Atletimiz təkanla qaldırma hərəkətində 188 kiloqramı qaldıraraq bu hərəkətdə dördüncü olub. Hüseyn İsmayılov toplam 346 kiloqramı (158+188) nəticə ilə Avropa çempionatında bürünc medal qazanıb.

Yarışda 36 ölkədən 405 atlet (170 qadın və 235 kişi) birincilik uğrunda mübarizə aparıb.

Digər xəbərlər