Supersport.Az-ın məlumatına görə, FIFA, ilin ən yaxşıları nominasiyasında namizədlərin sayını açıqlayıb.
“Real Madrid”li Kriştiano Ronaldo, “Barselona”lı Lionel Messi və PSJ-nin braziliyalısı Neymardan biri ilin futbolçusu seçiləcək.
Bundan başqa, ilin məşqçi və qolkiperlərinin sayı azaldılıb.
Məşqçilər: Massimiliano Alleqri, Antonio Konte və Zinədin Zidan.
Qapıçılar: Canluici Buffon, Keylor Navas, Manuel Noyer
Səsvermə 21 sentyabrdan 7 oktyabra qədər davam edəcək.
Sorğunun nəticəsi 23 oktyabrda açıqlanacaq.
Ötən il ən yaxşı futbolçu Kriştiano Ronaldo seçilmişdi.