Polşa qələbə qazandı

Digər, Voleybol
23 Sentyabr 2017 - 00:01
Supersport.Az xəbər verir ki, Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin birinci günün sonuncu oyununda “A” qrupunda yer alan Almaniya və Polşa voleybolçuları qarşılaşıblar. Qarşılaşma polşalıların qələbəsi ilə başa çatıb. Polşa yığma komandası 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatının ilk oyununda qələbə qazanıblar.
Bu qrupun ilk oyununda Azərbaycan voleybolçuları Macarıstan yığmasını məğlubiyyətə uğradıblar – 3:0.
Bu qrupun ilk oyununda Azərbaycan voleybolçuları Macarıstan yığmasını məğlubiyyətə uğradıblar – 3:0.