"Beşiktaş"ın qazancı

"Beşiktaş"ın qazancı
Futbol
18 Sentyabr 2017 - 18:25
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup yarışına zəfərlə başlayan Türkiyə çempionu gəlirini artırıb.

"Beşiktaş" hələ ki, 36.5 milyon avro qazanıb.

Bu məbləğin 13 milyonu qrupa vəsiqədən, 22 milyonu yayımdan əldə olunub.

Türkiyə təmsilçisi, səfərdə "Portu"nu məğlub etdiyindən 1.5 milyona da sahib olmuşdu.

Qrup oyunlarında 1 xal qazanmağa isə 750 min avro verilir.

"Qara qartal" qrup səddini aşmaq üçün 10 və ya 12 xal qazanmağı qarşısına məqsəd qoyub. Bu arzunu reallaşdıracağı təqdirdə, 25 milyon da qazanılması ehtimal olunur.

 

Digər xəbərlər