Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.
“Sevilya” ilə qarşılaşmada “Liverpul”un 2:2 hesabıyla meydandan ayrılmasında Məhəmməd Salah böyük rol oynayıb.
UEFA-nın azarkeşlər arasında keçirdiyi sorğuya əsasən, həmin oyunda bir qol vuran bu futbolçu həftənin oyunçusu seçilib.
Mükafata namizəd futbolçular bunlar olub:
“Apoel”i 3 qolla məğlub etdikləri oyunda dubl edən “Real Madrid”in forvardı Kriştiano Ronaldo.
“Borussiya”ya 3:1 hesabıyla qıələbədə iki qol vurub, bir effektli ötürmə verən “Tottenhem”in futbolçusu Qarri Keyn.
“Napoli” ilə görüşdə iki qola imza atan “Şaxtyor”un yarımmüdafiəçisi Tayson.
“Yuventus”ə 3:0 hesablı dərs verilən qarşılaşmada dubl edən “Barselona”nın futbolçusu Lionel Messi.
PSJ-nin “Seltik”i 5 qolla darmadağın etdiyi oyunda bir qol vurub, bir effektli ötürmə verən Neymar.
“Bazel”in 3 qolla məğlub edildiyi matçda bir qol vuran “Mançester Yunayted”in hücumçusu Romelu Lukaku.