Ramil Quliyev Avropada birinci seçildi

Ramil Quliyev Avropada birinci seçildi
Atletika, Digər
05 Sentyabr 2017 - 09:57
Supersport.Az-ın məlumatına görə, "Avropada ayın atleti" mükafatına dünya çempionu Ramil Quliyev layiq görülüb.

Avropa Atletika Assosiayasının (EAA) aylıq internet sorğusuna əsasən Türkiyəni təmsil edən azərbaycanlı idmançı avqust üçün birinci seçilib.

Xatırladaq ki, ötən ay Londonda keçirilən dünya çempionatında Ramil Quliyev 200 metr məsafəyə qaçışda qalib olub. Tanınmış atlet avqust ayında "Brilyant Liqa"nın Birmingem mərhələsində 200 metrdə birinci, Berlində ISTAF Oyunlarında isə 100 metrə yarışda ikinci yeri tutub.

Digər xəbərlər