"Kopenhagen"dən "Qarabağ" azarkeşlərinə xoş xəbər

"Kopenhagen"dən "Qarabağ" azarkeşlərinə xoş xəbər
Futbol
23 Avqust 2017 - 00:00
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq "Kopenhagen" matça ciddi itkiylə çıxacaq.

Bakıdakı oyunu zədə səbəbindən buraxan Danimarka çempionunun futbolçularından Erik Yohansson, Tom Höqli və Rasmus Falk sağalmadığından ikinci görüşü də buraxmalı olacaqlar.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda iştirak etməyən Yan Qrequs çempionatın son turunda meydanda olub.

"Sönderjiski" ilə qarşılaşmada "Kopenhagen"in üzvlərindən Maykl Lüftner və Pyeros Sotiru xəsarət alsa da, onlara yaşıl işıq yanıb. Hər iki futbolçunun Azərbaycan çempionuna qarşı oynayacağı bildirilir.

 

Digər xəbərlər