“Rəqib 4-4-2 sxemi ilə oynayır. Səbrli olmalıyıq. Öz gücümüzə inanmalıyıq”.
Supersport.Az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında belə deyib.
Braziliyalı yarımmüdafiəçi “Son vaxtlar əvvəlki kimi oynamamağının səbəbi yaşla bağlıdır” sualını belə cavablandırıb: “Razıyam ki, əvvəlki formamdan uzağam. Nəzərə alın ki, qasıq nahiyəmdən zədə almışdım. Əvvəlki formama qayıtmaq üçün üzərimdə çox çalışıram. Dediyiniz amillərin bununla heç bir əlaqəsi yoxdur”.