Türkiyə klubu Reynaldonu buraxmadı

Türkiyə klubu Reynaldonu buraxmadı
Futbol
06 Avqust 2017 - 15:29
Supersport.Az-ın məlumatına görə, Türkiyənin birinci liqasına düşən "Adanaspor" Reynaldonun İsveçrə komandasına keçidinə icazə verməyib.

"Yanq Boys"un braziliyalı futbolçunu transfer etmək istəyi baş tutmamasının səbəbi maliyyə ilə bağlıdır.

İki illik müqaviləsi olan Reynaldonun dəyəri 500 min avro olsa da, İsveçrə klubu bu məbləği ödəməkdən imtina edib.

Digər xəbərlər