FİFA və UEFA-da sürpriz istefa

Futbol
27 İyul 2017 - 15:51

Hər iki qurumun vitse-prezidenti Angel Maria Vilyar belə qərar verib.
İspan futbol adamı istefa ərizəsini UEFA prezidenti Aleksander Çeferinə təqdim edib. Qurum rəhbəri bu addımı müsbət qarşılayıb və xidmətlərinə görə təşəkkür edib.
İspaniya Futbol Federasiyası prezidenti vəzifəsində 29 ildir çalışan Angel Maria Vilyar, rüşvətdə günahlandırılaraq həbs edilmişdi.