Supersport.Az-ın məlumatına görə, Fil Dişi sahilili futbolçu Şeyk Tiote bu Çində məşq zamanı infarkt keçirib və yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. “Qarabağ” FK futbolçunun vəfatı ilə üzüldüyünü bildirir.
Qeyd edək ki, Tiote 2009/2010-cü illər mövsümündə Avropa Liqasının pley-off mərhələsində “Tvente”nin heyətində “Qarabağ”a qarşı hər iki oyunda meydanda olmuşdu.