Qurban Qurbanov Avropada birincidir

Qurban Qurbanov Avropada birincidir
Futbol, Eksklüziv, Populyar
07 İyun 2017 - 00:54
Supersport.Az portalının araşdırmasına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropada zirvədədir.

Məsələ burasındadır ki, təcrübəli mütəxəssis komandasına ardıcıl 4 mövsüm çempionluq və 4 dəfə də ölkə kubokunu qazandırıb. Q.Qurbanov 9 ildir "Qarabağ"ı çalışdırır. Ağdam klubu ümumilikdə beşqat ölkə çempionudur.

Azərbaycan Premyer Liqasının Avropanın güclü çempionatlarından geri qaldığını da qeyd etməliyik.

Çempionlar Liqasının finalçısı "Yuventus"u üç ildir ki, çalışdıran Massimiliano Alleqri dalbadal üç sezon komandasını çempion edib.

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş, "Benfika"da Rui Vitoriya ardıcıl iki dəfə komandalarına çempionluq qazandırıblar. Portuqaliya klubunda əvvəlcə çalışan Xorxe Xesus da bu zəfərə nail olub.

İngiltərədə "Çelsi"ni italiyalı Antonio Konte, Almaniyada "Bayern"i Karlo Ançelotti, Fransada "Monako"nu portuqaliyalı Leonardo Jardim, İspaniyada "Real Madrid"i fransız Zinedin Zidan, Niderlandda "Feyenoord"u Covanni van Bronkhorst çempionluğa daşımaqla diqqət çəkib.

 

Digər xəbərlər