"Səbail"dən iki şəxs kənarlaşdırıldı

"Səbail"dən iki şəxs kənarlaşdırıldı
Futbol
31 May 2017 - 21:31
Supersport.Az-ın məlumatına görə, "Səbail"in Müşahidə Şurasının heyətində dəyişiklik baş verib.

Komandanın fəaliyyətə başladığı ilk günlərdən MŞ-in üzvü olan Təbriz Həsənov və Tural Əsədov rəhbərliyə müraciət edərək, işlərinin çoxluğu səbəbindən qurumdan xaric olunmalarını xahiş ediblər.

"Səbail" rəhbərliyi müraciətləri müsbət dəyərləndirərək, klub adından bu şəxslərə səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirib, gələcək işlərində uğurlar arzulayıb.

Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və Bakıda fəaliyyət göstərən "Mançester Yunayted Futbol Məktəbi"nin məşqçisi Cahangir Həsənzadə müşahidə şurasının üzvü təyin olunublar.

Digər xəbərlər