"Azərbaycan yığmasına hər hansı məsləhətim yoxdur" - Video

"Azərbaycan yığmasına hər hansı məsləhətim yoxdur" - Video
İslamiada-2017, Video
27 May 2017 - 12:17
Supersport.Az Bakıda keçirilən İslam Həmrəylik Oyunlarında uğur qazanan Türkiyə cüdo yığmasının baş məşqçisi Haldun Efemgildən açıqlama alıb.

Türkiyənin qadınlardan ibarət seçmə komandası finalda Azərbaycana 5:0 hesabı ilə qalib gələrək çempion olub.

"İslam Oyunlar yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan cüdosu dünyada söz sahibidir. Azərbaycan və Türkiyə qardaş ölkədir. İki komandanın finalda qarşılaşması əla oldu. Bu, idmandır, qələbə də olur, məğlubiyyət də. Azərbaycan yığmasına hər hansı məsləhətim yoxdur" deyən türk mütəxəssis bildirib ki, əsas məqsəd Tokio-2020 olimpiadasında uğur qazanmaqdır.

Digər xəbərlər