Supersport.Az xəbər verir ki,paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.
Güləş yarışlarının ilk günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala yiyələnib.