Supersport.Az-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında cüdo üzrə komanda yarışlarının finalında Azərbaycan millisi Əlcəzair komandasını çətinliklə məğlub edib. Gərgin qarşılaşmada yığmamız 3:2 hesablı qələbə qazanıb.
Heydər Əliyev adına İdman Sarayında keçirilən final görüşünü Azərbaycan Respublikasının, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.