Firdovsi Fərzəliyev: "Asan rəqib yoxdur"

Firdovsi Fərzəliyev: "Asan rəqib yoxdur"
Karate, İslamiada-2017, Digər
14 May 2017 - 00:12


"Dəstək verən hər kəsə minnətdarlığımı bildirirəm. Asan rəqib yoxdur. Təəssüf ki, yarımfinalda türkiyəli rəqibə uduzdum. Taktiki cəhətdən səhv etdim" - Supersport.Az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan karateçisi Firdovsi Fərzəliyev söyləyib.

 

"Şükürlər olsun ki, medal qazandım. Ailəmi və xalqımızı sevindirdim. Evə medalla gedirəm. Karate Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. "Tokio-2020"də də medal qazanmağa çalışacam".

Digər xəbərlər