Yığmamız 5-ci oldu

Yığmamız 5-ci oldu
İslamiada-2017, Digər, Həndbol
12 May 2017 - 19:21



Supersport.Az-ın məlumatına görə, bu gün İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında 5-6-cı yerlər uğrunda görüşdə Azərbaycan və Mərakeş milli komandaları qarşılaşıblar.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində rumıniyalı hakimlər tərəfindən idarə olunan oyunda rəqibinə 31:25 hesabı ilə qalib gələn Azərbaycan həndbolçuları İslamiadada beşinci yeri tutublar. Mərakeş kollektivi isə altıncı olub.

Görüşün sonlarını komandamız azlıqda keçirməli olub. Belə ki, qarşılaşmanın 20-ci dəqiqəsində Dalibor Sukic qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Azərbaycan millisinin kapitanı Sabir Nəzərəliyev 10 qolla matçın ən məhsuldar oyunçusu olub.

 


Digər xəbərlər