Taekvondoçularımız 10 medalla vətənə qayıdır

Taekvondoçularımız 10 medalla vətənə qayıdır
Digər, Taekvondo
12 Mart 2017 - 22:05
Niderlandın Eyndhoven şəhərində keçirilən "Dutch Open" beynəlxalq turnirinə yekun vurulub.

Supersport.Az xəbər verir ki, G1 kateqoriyalı 44-cü yarışın son günü ölkəmizi təmsil edən gənc və böyüklərdən ibarət yığma komandamızın daha 5 üzvü uğura imza atıb.

-45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan gənc taekvondoçumuz Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (-54 kq), Məhəmməd Məmmədov (-63 kq) və Radik İsaev (+87 kq) qarşılaşdığı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Qadın taekvondoçumuz Darya Şkurko (-62) finala yüksəlsə də həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.


Xatırladaq ki, yarışın ilk günü böyüklər arasında mübarizədə Ramin Əzizov (-87 kq) və Fəridə Əzizova (-67 kq) qızıl, Ayxan Tağızadə (-68 kq) bürünc medal, gənclərdən isə Ayaz Qənbərli (-51 kq) gümüş, Cavad Ağayev (-63 kq) isə bürünc medala sahib olmuşdu.

Beləliklə, milli komandalarımız iki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünc, ümumilikdə 10 medalla başa vurub.

Digər xəbərlər