Baş hakim beynəlxalq seminarda

Baş hakim beynəlxalq seminarda
Digər, Taekvondo
20 Fevral 2017 - 18:40
Birləşmiş Ərəb Əmirliyinin Fujairah şəhərində beynəlxalq hakimlərin növbəti seminarı keçirilir. 18 fevralda başlanan seminarda ölkəmizi bir hakim təmsil edir. Supersport.Az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Elşən Quliyevin də qatıldığı seminarda, Dünya Taekvondo Federasiyası tərəfində döyüşlər zamanı tətbiq ediləcək yeni qaydalar və digər yeniliklər haqqında məlumatlar veriləcək. Seminar 21 fevralda başa çatacaq.

Digər xəbərlər