"Qarabağ" UEFA-nın yeni reytinqində neçəncidir?

"Qarabağ" UEFA-nın yeni reytinqində neçəncidir?
Futbol
18 Fevral 2017 - 06:07
Supersport.Az-ın məlumatına görə, UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra siyahıda dəyişikliklər baş verib. Bu, əsasən iki ölkənin xeyrinə olub. Son zamanlar cədvəldə eniş yaşayan Rusiya millisi bu dəfə 6 pillə irəliləyib. Polşa isə 20-ci pilləyə qalxıb. Türkiyə 10-cudur. Reytinqdə ilk üç sırada İspaniya, Almaniya və İngiltərədir.

Aktivində 17.750 xalı olan Azərbaycan millisi 54 ölkə sırasında 26-cı pillədə qərarlaşıb.

Klublarımızdan ən yaxşı göstəriciyə malik "Qarabağ" bir pillə geriləyərək (18.050 xal) 106-cıdır.

9.800 xala malik "Neftçi" 162-ci, 7.800 xallı "Qəbələ" 185-ci pillədə qalıb.

Üç pillə geriləyən "İnter" 6.050 xalla 228-cidir. 279-cu olan "Xəzər Lənkəran"ın 4.550 xalı var. Digər komandalarımızdan "Kəpəz" (4.050) 299-cu, "Bakı" (3,800) 308-cidir.

Qeyd edək ki, İspaniyanın "Real Madrid"inin (162.771) başçılıq etdiyi siyahıda "Bayern” (Almaniya) 151,413 xalla 2-ci, "Barselona” (İspaniya) 146,771 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.

Digər xəbərlər