Güloğlan Cabbarov: "Neftçi"nin ruhu bədənindən çıxıb"

Güloğlan Cabbarov: "Neftçi"nin ruhu bədənindən çıxıb"
Maqazin, Futbol, Eksklüziv
07 Fevral 2017 - 14:28
Supersport.Az-a açıqlamasında "Neftçi"nin keçmiş rəisi Güloğlan Cabbarov paytaxt klubu ilə bağlı danışarkən belə deyib.

"Hər yerdə maliyyə böhranı var. Ancaq "Neftçi"də bu ola bilməz. Çünki SOCAR kimi sponsoru var.

"Çox təəssüf ki, "Neftçi"nin hazırki vəziyyəti acınacaqlıdır. Bu komanda ilk sevdiyim klubdur, ürəyimdir. "Neftçi"nin ruhu bədənindən çıxıb. Bu, bizə əzab verir. Komandada köklü islahat olmalıdır. Rəhbərlikdə futbol adamı azdır, bir-birilərini başa düşmürlər. Komandaya dönmək fikrim yoxdur. "Neftci"nin ruhunu özünə qaytarmaq lazımdır. Komandamı biz çalışdığımız dövrdə olduğu kimi Avrokuboklarda görmək istəyirəm" - deyə, o, bildirib.

Süleyman

Digər xəbərlər