AFFA Qriqorçuku cəzalandırdı

AFFA Qriqorçuku cəzalandırdı
Futbol
07 Fevral 2017 - 12:40
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Supersport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda Premyer Liqanın XVI turunda keçirilən “Qəbələ” – “Neftçi” matçındakı neqativ hallarla bağlı qərarlar qəbul olunub.

Oyunun 90+1-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və “Neftçi”nin məşqçisi Aleksandr Deriberin texniki zona qaydalarını pozduqlarına görə hər iki məşqçi 1 oyunluq cəzalanıb. “Qəbələ”nin baş məşqçisi bu halı ikinci dəfə təkrarladığı üçün klub 1600 manat, “Neftçi” isə 800 manat cərimə olunub.

Analoji hadisə yenidən təkrarlanacağı təqdirdə, klublara daha ağır sanksiya tətbiq olunacaq.

Bundan başqa, “Qəbələ”nin  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Digər xəbərlər