Güloğlan Cabbarov: "Hər evdə bir kikboksçu yetişir"

Güloğlan Cabbarov: "Hər evdə bir kikboksçu yetişir"
Kikboks, Digər, Eksklüziv
06 Fevral 2017 - 23:27
Supersport.Az-ın müxbiri ilə söhbətində Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov bu idman növünün durumu haqda danışıb.

Qurum rəsmisi, son çempionatın maraqlı keçdiyini, idmançıların yüksək səviyyədə döyüşdüyünü bildirib:

"Üç gün davam edən yarış yüksək səviyyədə keçdi. Yaxşı haldır ki, heç bir zədə olmadı. İdmançılar fiziki cəhətdən daha yaxşı olacaq. Qarşıdakı ayda iki böyük yarış keçiriləcək: həm peşəkarlar, həm də gənclər arasında.
Bölgələrdə də çempionatların təşkili planlaşdırılıb. Apreldə Qazaxda, mayda Naxçıvanda yarış keçiriləcək. Kikboksinqə maraq artmaqdadır. Bu idman növünün inkişafında federasiya prezidenti Adil Əliyevin əməyi danılmazdır. Hər zaman Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyirik. Gənclərin vətənpərvər, sağlam yetişdirilməsi, döyüşkənlik ruhunun gücləndirilməsi üçün səylə çalışırıq. Ermənilərlə hər an döyüş ola bilər. Hər evdə bir kikboksçu yetişir".

Süleyman

Digər xəbərlər