"Müsəlmanlar öldürüləndə Avropa susur"

"Müsəlmanlar öldürüləndə Avropa susur"
Digər, Basketbol
30 Yanvar 2017 - 09:15
Supersport.Az-ın məlumatına görə, serb mütəxəssis Avropanın bəzi ölkələrinin ikiüzlü siyasətinə qarşı çıxıb.

"Fənərbağça"nın baş məşqçisi Jelko Obradoviç ölkəsində həftəlik nəşr olunan "Nedeljnik" jurnalına İstanbulda verdiyi müsahibədə terrorla bağlı da fikirlərini bildirib:

"Suriyada müharibə başlayandan Türkiyədə 180 min suriyalı uşağın doğulduğunu oxudum. Burada Suriyadan gələn 3 milyon qaçqın var. Onları nəzarətdə saxlama bir nömrəli problemdir. Başqa bir məsələ hava limanıdır. "Atatürk" hava limanında terror olduğunda bunun sizin başınıza da gələ biləcəyini düşünməyə başlayırsınız. Belə hallar bir çox yerlərdə də var".

Türkiyədə son vaxtlar törədilən terrorun Avropanın fərqli yerlərində olduğuna diqqət çəkən 56 yaşlı serb mütəxəssis, bunun fərqli təsirləri yaratdığını qeyd edib:

"Paris, Berlin və Nantda bunlar baş verdi. Ancaq Avropanın reaksiyası fərqli oldu. Orada olanda hamı şikayət edir, lakin burada olanda onlardan eyni münasibət görmürəm. Hər iki tərəfdə ölənlər, məsum insanlar var. Bunlar birilərinin oğlu, anası, qardaşı, ya da dostudur".

Digər xəbərlər