"Neftçi"ni dayandıran tapılmır

"Neftçi"ni dayandıran tapılmır
Digər, Voleybol
26 Dekabr 2016 - 02:16
Dekabrın 25-də kişilər arasında voleybol üzrə Azərbaycan çempionatında səkkizinci turun iki oyunu keçirilib.

Supersport.Az xəbər verir ki, çempionatın lideri “Neftçi” klubu “Naxçıvan” komandasını 3:0, “Nəqliyyatçı” isə MOİK-i 3:1 hesabı ilə məğlub edib.

“Sumqayıt” voleybol klubu iki əsas oyunçusunun zədəli olması səbəbindən “Lokomotiv” komandası ilə matça çıxmaqdan imtina edib. Bununla da paytaxt təmsilçisi ardıcıl ikinci dəfə texniki qələbəyə sevinib.

Səkkiz turdan sonra “Neftçi” 24 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Lokomotiv” 22 xalla ikinci, “Naxçıvan” 12 xalla üçüncüdür. Bu tur qalib gəlməklə aktivindəki xalların sayını 8-ə çatdıran “Nəqliyyatçı” dördüncü pilləyə yüksəlib. MOİK 5 xalla beşinci yerdədir. Hələ də xal qazana bilməyən “Sumqayıt” turnir cədvəlinin sonuncusudur.

“Sumqayıt” – MOİK 0:3 (21:25; 28:30, 16:25)

“Neftçi” – “Nəqliyyatçı” 3:0 (25:16; 25:8; 25:15)

“Lokomotiv” – “Naxçıvan” 3:0 (25:15; 25:17; 25:14)

                                               O    Q    M      S      X
1    “Neftçi”                                9    9     0    27-2    27
2    “Lokomotiv”                       9    8    1     25-4    25
3    MOİK                                   9    5    4    16-17   13
4    “Naxçıvan”                          9    4    5    17-19   12
5    “Nəqliyyatçı”                       9    1    8     8-24    5
6    “Sumqayıt”                          9    0    9     0-27    0

 

 

Digər xəbərlər