İlin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək

İlin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək
Karate, Digər
23 Dekabr 2016 - 17:03
Dekabrın 27-də 2016-ci ilin yekunları ilə bağlı Azərbaycan Milli Karate Federasiyasının mətbuat konfransı keçiriləcək. Bu il Azərbaycan karatesi üçün ən uğurlu illərdən biri olub. Federasiya üçün əlamətdar hadisələrlə yanaşı, milli komandamızın üzvləri istər şəxsi yarışlarda, istərsə də komanda çıxışlarında yüksək nəticələrə nail olublar.

2016-cı il həmçinin dünya karatesində bir sıra tarixi hadisələrlə yadda qalıb. Supersport.Az xəbər verir ki, bu və digər hadisələr, eləcə də federasiya daxili yeniliklər və qarşıdakı hədəflərlə bağlı rəsmi məlumat almaq istəyən media nümayəndələri gələn həftənin çərşənbə axşamı saat 12:00-da "İnter Arena"-da yerləşən ofisdə mətbuat konfransına dəvətlidir. Tədbirdə federasiya rəsmiləri və yüksək nəticə göstərən idmançılar iştirak edəcək.

 

Digər xəbərlər