Qurban Qurbanov: "Bu il bizim üçün təcrübə oldu"

Qurban Qurbanov: "Bu il bizim üçün təcrübə oldu"
Futbol
21 Dekabr 2016 - 19:38
Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Qarabağ" səfərdə "Sumqayıt"ı 5:2 hesabıyla məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

Supersport.Az-ın məlumatına görə, qalib komandanın baş məşqçisimQurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Maraqlı oyun oldu, bu gün futbolçularımın istəkli olması vacib idi, bu oyunda da istək daha çox idi. Rəqib də ilk dəqiqələrdən yaxşı mübarizə apardı. Futbolçularıma təşəkkür edirəm, ağır bir ili birlikdə geridə qoyduq. Bu il bizim üçün təcrübə oldu. Sonda hər birinizə xoş istirahətlər arzulayıram".

Digər xəbərlər