QUSARDA CÜDO ÜZRƏ "ŞİMAL-ŞƏRQ BÖLGƏSİ" YARIŞINA START VERİLİB

QUSARDA CÜDO ÜZRƏ "ŞİMAL-ŞƏRQ BÖLGƏSİ" YARIŞINA START VERİLİB
Digər, Cüdo
31 Oktyabr 2016 - 13:55
Qusarda cüdo üzrə “Şimal-şərq bölgəsi” yarışına start verilib. Supersport.Az xəbər verir ki, şimal-şərq bölgәsi üzrә 2003-2005-ci il tәvәllüdlü yeniyetmәlәr arasında region birinciliyində oğlanlar 30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və +66 kq, qızlar isə 32 kq və 34 kq çəki dərəcələrində mübarizə aparırlar.
Qusar Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə Abşeron, Xaçmaz, Xızı, Quba, Qusar, Şabran və Sizəyəzəndən 105 cüdoçu (101 oğlan, 4 qız) qüvvəsini sınayır. “Şimal-şərq bölgəsi” yarışına bu gün yekun vurulacaq.

 

Digər xəbərlər