ARGENTİNA DÜNYA ÇEMPİONU OLDU

ARGENTİNA DÜNYA ÇEMPİONU OLDU
Futzal, Digər
02 Oktyabr 2016 - 04:17
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib.
Supersport.Az xəbər verir ki, final görüşündə Rusiya və Argentina yığmaları üz-üzə gəlib. Oyunda 5:4 hesabı ilə qalib gələn Argentina millisi mundialın qalibi olub.
Qeyd edək ki, turnirin bürünc medallarını Portuqaliyanı məğlub edən İran millisi qazanıb.

 

Xatırladaq ki, Azərbaycan millisi mundialda 1/4 finala qədər yüksəlib və yarımfinala gedən yolda Portuqaliya yığmasına 2:3 hesabı ilə məğlub olub.

Digər xəbərlər