RİO-2016: AZƏRBAYCAN YIĞMASI 11-Cİ MEDALI QAZANDI

Digər, Paralimpiya
18 Sentyabr 2016 - 14:22
Azərbaycan millisi Rio-2016 XV Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

Supersport.Az xəbər verir ki, üzgüçümüz Dmitri Saleh 50 metr məsafəyə sərbəst üsulla yarışların finalında məsafəni 24,29 saniyəyə qət edərək ikinci olub.

Xatırladaq ki, onun qoşulduğu təsnifat mərhələsində finaladək on doqquz üzgüçü üç qrupda mübarizə aparıb. İlk qrupda çıxış edən D.Saleh məsafəni 24,40 saniyəyə üzərək birinci olub.

Atletimiz bundan əvvəl Rio Paralimpiadasinda 100 metrə brass üsulla üzmədə gümüş medal qazanıb.

Bu, Azərbaycanın paralimpiya yığmasının sayca 11-ci medalıdır. Komanda 1 qızıl, 8 gümüş və 2 bürünc qazanıb. Yığmamız komanda hesabında 47-ci yerdə qərarlaşıb

Digər xəbərlər